Fars körfəzində və Hörmüz boğazı yaxınlığında baş verən kütləvi naviqasiya pozuntusu nəticəsində 900-dən çox gəmi kursdan çıxıb.
Lim10.az Oxu.Az-a istinadən xəbər verir ki, balıqçı, yük gəmiləri və neft tankerləri daxil olmaqla yüzlərlə gəminin naviqasiya sistemləri qəfil dayanıb - onlar yalnız radar və kompaslarla hərəkət etməyə məcbur olublar. Bu isə toqquşma riskini artırıb.
Məlumatda qeyd olunur ki, bu hadisə İsrail-İran qarşıdurmasının gərginləşdiyi bir vaxta təsadüf edir.
Birgə Dəniz Məlumat Mərkəzi (JMIC) bu ərazidə, xüsusilə Bəndər-Abbas limanı yaxınlığında problemi qeydə alıb. Lakin Hörmüz boğazının blokadasına hazırlıq əlaməti aşkarlanmayıb.