İsrail ilk dəfə olaraq döyüş şəraitində “Dəmir şüa” lazer hava hücumundan müdafiə sistemindən istifadə etməyə başlayıb
Lim10.az xəbər verir ki, bunu İsrailin Moskvadakı səfirliyinin nümayəndəsi TASS-a açıqlamasında deyib.
Diplomatın sözlərinə görə, İsrail ilk dəfə döyüş şəraitində İranın raket və PUA-ları ələ keçirmək üçün “Dəmir şüa” lazer hava hücumundan müdafiə sistemindən istifadə etməyə başlayıb.
O, İranla qarşıdurmada bu sistemin döyüş şəraitində ilk dəfə istifadə edildiyinə aydınlıq gətirib:
“Dəmir şüa” sistemi lazer şüasından istifadə etməklə qısa mənzilli raketləri, minaatanları və artilleriya mərmilərini tutmaq üçün nəzərdə tutulub. Onun kiçik PUA-ları da məhv edə biləcəyi gözlənilir".
Mürtəza
Lim10.az