İran: İsrailə aid dördüncü F-35 qırıcısı vurulub - FOTO

İran İsrailə aid 4-cü F-35 qırıcısını vurub.

Lim10.az "Tehran Times"a istinadla xəbər verir ki, Şərqi Azərbaycan vilayəti qubernatorunun müavini İsrailə məxsus F-35 qırıcısının Təbriz səmasında vurulduğunu açıqlayıb.

Pilotun taleyi məlum deyil.

F-35 gizli qırıcılarını istehsal edən Amerikalı müdafiə podratçısı “Lockheed Martin” hərbi əməliyyatların başlanmasından bəri İranın dörd F-35 təyyarəsini vurması ilə bağlı xəbərlərdən sonra onun səhmlərinin dəyərində kəskin azalma müşahidə edib.

Mənbələr bildirirlər ki, son vurulan təyyarənin qalıqları çıxarılır və əlavə analiz üçün təhlükəsiz yerlərə köçürülür.

Billurə Yunus