Ayrıldığı nişanlısı ilə evli olduqlarını öyrəndi - FOTO

ABŞ-nin Texas ştatında 42 yaşlı kişi nişanlısı Kristin Mari Spirmendən (36) ayrıldığı zaman əslində, evli olduqlarını öyrənib.

Lim10.az xarici KİV-ə istinadla xəbər verir ki, iyunun 2-də toy etməyi planlaşdıran cütlük ayrıldığı üçün mərasim baş tutmayıb. 

Spirmenin qanuni nikah bağlamaq səlahiyyətinə malik olan din adamını aldadaraq bəyin xəbəri olmadan onunla evləndiyi üzə çıxıb.

Qadın daha sonra ayrıldığı nişanlısına hədiyyə olaraq şəxsi qulluq dəsti və nikah sənədlərini, eləcə də sənədi tutan fotosunu göndərib.

Evləndiyini öyrənən kişi xeyli təəccüblənib və polisə müraciət edib.

Spirmen şikayətdən sonra həbs olunub.

Billurə Yunus