İran polisi İsrailin xeyrinə casusluq etdiyinə və "ölkənin imicini ləkələməyə" cəhd göstərdiyinə görə 24 nəfəri həbs edib.
Lim10.az Oxu.Az-a istinadən xəbər verir ki, həbs edilənlər həm gerçək həyatda, həm də internetdə İsrailin xeyrinə casusluq ediblər.
Xatırladaq ki, iyunun 16-da İranın "Mizan" agentliyi İsrailin "Mossad" kəşfiyyat xidmətinə casusluq etdiyi güman olunan şəxsin edam edilməsi barədə məlumat yaymışdı.