Ermənilər 44 günlük dərsi deyəsən unudub...
"Daşnaksütun ümumerməni etirazına çağırır" - Ermənistan parlamentinin vitse-spikeri İ.Saqatelyan
“Ümuerməni potensialı Ermənistan-"(S)Arsax"-Diaspor üçlüyünün ölkənin təhlükəsizlik sistemini bərpa etmək və ordunun döyüş qabiliyyətini artırmaq üçün kifayətdir”, - İşxan Saqatelyan bildirib.
Saqatelyanın sözlərinə görə, hakimiyyətin bir gün əvvəl qəbul etdiyi bəyanatda xüsusilə qeyd olunur ki, erməni xalqı və erməni dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzədir. "Hakimiyyətin "(S)Arsax" xalqının öz müqəddəratını təyinetmə hüququ və Ermənistanın müstəqilliyi ilə bağlı hərəkətləri antimilli və dağıdıcıdır", - vitse-spiker vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın davam edən təcavüzü yeni soyqırıma və Dağlıq Qarabağ ermənilərinin deportasiyasına gətirib çıxaracaq və Ermənistanın dövlətçiliyi də şübhə altına alınacaq.
“Erməni xalqından xəbərsiz, konstitusiyaya zidd yolla əldə edilən və ya bağlanan hər hansı razılaşma və ya sənədin heç bir hüquqi və siyasi legitimliyi olmayacaq. Bu, yeni müharibə təhlükəsi ilə doludur və regionu yeni təlatümlərə aparacaq... Həlledici müqavimətin vaxtı çatıb”, - Saqatelyan bildirib.
O, vurğulayıb ki, Ermənistanda mövcud zərərli çağırışlarla qarşı müqavimət göstərmək üçün yeni xalq hökuməti formalaşdırmaq lazımdır.