"ABŞ-nin İrana qarşı son hücumu "birbaşa hücum"dur və Tehran cavab vermək haqqını özündə saxlayır".
Lim10.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi deyib.
"Tramp bu hücumla bütün beynəlxalq hüquq normalarını və razılaşmaları pozub və ciddi səhvə yol verib. Trampın bu addımı çarəsizlikdən qaynaqlanır və İsraili xilas etməyə yönəlib" , - deyə o vurğulayıb.
Musəvi Birləşmiş Ştatların bu xətasına uyğun bir şəkildə qəti olaraq cavab veriləcəyini söyləyib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri İranın nüvə proqramının üç əsas obyektinə - Natanz, Fordo və İsfahana zərbələr endirib.