Çinin cənub-qərbindəki Quyçjou əyalətində güclü daşqınlar nəticəsində altı nəfər həlak olub.
Lim10.az "Xinhua" xəbər agentliyinə istinadla xəbər verir ki, əyalət son 50 ilin ən güclü daşqınlarına məruz qalıb, bir neçə çayda suyun səviyyəsi kəskin şəkildə yüksəlib.
Maksimal axın sürəti saniyədə 11 360 kubmetr təşkil edib.
Bir çox alçaq ərazilər su altında qalıb, bir sıra qəsəbə və kəndlərdə infrastruktura ciddi ziyan dəyib, bu da nəqliyyatın kəsilməsinə, rabitə problemlərinə və sakinlərin köməksiz vəziyyətdə qalmasına səbəb olub.
Həmidə İbrahimova