İsrailin hücumu nəticəsində daha bir iranlı nüvə alimi öldürülüb

İranlı nüvə alimi Süleyman Süleymani İsrailin İrana qarşı zərbələri nəticəsində həlak olub.

Lim10.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb,

Agentliyin məlumatına görə, Süleymani İran Elmlər və Texnologiya Universitetinin məzunu olub.

Bundan əvvəl Tehran mediası 13–24 iyun tarixlərində İsrailin hava hücumları nəticəsində azı doqquz nüvə fizikinin həlak olduğunu bildirmişdi.

Həmidə İbrahimova