“Amerika Birləşmiş Ştatları Ukraynadakı münaqişənin diplomatik həlli üzərində işləməyə fokuslanıb”.
“Lim10.az ” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
“Diplomatiya və danışıqlar davam edir, biz həmişə olduğu kimi buna diqqət yetirmişik”- o, “Fox News”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bütün dünya Ukrayna böhranının davam etməsindən əziyyət çəkir: “Bir çox ölkələr Ukraynadakı münaqişədə hərbi əməliyyatların davam etməsinə töhfə verir”.