Donald Tramp ABŞ prezidenti kimi Ukraynanı Rusiyanın hücumu qarşısında çox ehtiyac duyulan hərbi və maliyyə yardımı olmadan tək qoyub, ona xəyanət edib.
Lim10.az xəbər verir ki, bunu NATO-nun istefada olan general-mayoru Mişel Yakovleff deyib.
“Əgər onun səlahiyyətində olsaydı, o, Ukraynanı sadəcə olaraq Putinə “nimçədə” verərdi.
Trampın siyasəti birmənalı olaraq Putin üçün faydalıdır. Bu, əslində, müəyyən mənada Rusiyayönlü siyasətdir”, - general bildirib.