Müharibə və Macarıstanın müqaviməti səbəbindən Ukraynanın Avropa Birliyinə üzvlüyə doğru irəliləməsi mümkün olandan bir qədər yavaş gedir. Mövcud şəraitdə Moldova Ukraynadan daha tez AB-yə qoşula bilər.
Lim10.az xəbər verir ki, bu fikri Ukraynanın Siyasi Tədqiqatlar Mərkəzi "Penta"nın icraçı direktoru Aleksandr Leonov səsləndirib.
“Təəssüf ki, bu mümkündür. Çünki aydındır ki, Moldova artıq danışıqlara başlayır, onun üçün danışıqlar klasteri açılır. Onu fəal şəkildə dəstəkləyən bir ölkə var – bu da Rumıniyadır”, – deyə o bildirib.
Leonov qeyd edib ki, Ukraynanın AB-yə üzvlük perspektivi də əhəmiyyətli dərəcədə yaxınlaşıb. Hazırda Ukraynanın Avropaya inteqrasiyasını Fransa və Almaniya kimi güclü və nüfuzlu ölkələr lobbiçilik edir ki, bu da əvvəlki illərdə yalnız xəyal edilə bilərdi.