Rusiyanın üç bombardmançısı havaya qaldırıldı

Rusiya Tu-95MS bombardmançı təyyarələrini havaya qaldırıb.

Lim10.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

"Olenya aerodromundan (Murmansk vilayəti) cənub-şərq istiqamətində uçan üç Tu-95MS təyyarəsinin hərəkəti qeydə alınıb. Raket təhlükəsi və qanadlı raketlərin buraxılması halında biz əlavə məlumat verəcəyik”, - açıqlamada qeyd olunub.(axar.az)