"Putin ya ordusuna nəzarət etmir, ya da nəzarət edə bilmir"
Zelenski deyib ki, Putin ya ordusuna nəzarət etmir, ya da nəzarət edə bilmir.
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Afrika liderlərinin səfəri günü rus qoşunlarının Kiyevə endirdiyi zərbələr, onun fikrincə, Rusiya prezidenti Vladimir Putinin ordusuna “tamamilə” nəzarət etmədiyini və ya “qeyri-adekvat” olduğunu göstərir. Zelenski bunu Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
“O, öz silahlı qüvvələrinə, o cümlədən “Vaqnerit” muzdlularına nəzarət etmir, çünki onlar bu gün Rusyanın darmadağın etdiyi ölkəyə getmək qərarına gələn digər dövlətlərin liderlərinə raket zərbələri endirirlər. Bu o deməkdir ki, insan dünyanı görməyə hazır deyil. Adam Ukrayna dövlətini tamamilə silmək, məhv etmək istəyir. Əgər bir insanın belə niyyəti varsa, o zaman mənim çoxlu suallarım var, bu şəxslə hansı ünsiyyət və hansı dialoq ola bilər”, - deyə Zelenski bildirib.
Zelenski həmçinin bildirib ki, onun fikrincə, rus qoşunlarını Ukrayna ərazilərindən çıxarana qədər Rusiya ilə bütün diplomatik münasibətləri dondurmalıdır,- BBC Rus Xidməti yazır.
Afrika liderlərindən ibarət nümayəndə heyəti Vladimir Zelenski ilə sülh missiyasını müzakirə etmək üçün iyunun 16-da Kiyevə gəlib. Nümayəndə heyətinə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa başçılıq edib. Səfər günü rus qoşunları Kiyevi atəşə tutub.
Ukrayna prezidenti ilə görüşdən sonra Kiril Ramafosa silahlı münaqişə tərəflərini gərginliyi azaltmağa çağırıb. O, həmçinin diplomatik danışıqlar aparmağı təklif edib,- CNN yazır. Ramafosa qeyd edib ki, Zelenski ilə danışıqlardan sonra iyunun 17-də Sankt-Peterburqda Vladimir Putinlə görüşəcək.
Ölkələr Moskva və Kiyev arasında atəşi dayandırmaq üçün nəzərdə tutulmuş "etimad tədbirləri" hazırlayıb. Xüsusilə, Rusiya qoşunlarının Ukraynadan çıxarılmasına, Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsindən imtinaya, Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə dair orderinin dayandırılmasına və sanksiyaların yumşaldılmasına çağırırlar.