Rusiyanın İstanbul görüşü öncəsi hədəfi budur - Ekspert

Rusiya qüvvələri Sum və Xarkov vilayətlərinə hücumlarını davam etdirəcək. Bundan əlavə, düşmən Dnepropetrovsk vilayətinin ərazisinə daxil olmağa çalışacaq.

Lim10.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Dmitri Sneqirev çıxış edib.

"Hərbi əməliyyatlar teatrının genişlənərək yeni əraziləri əhatə edəcəyini gözləyirəm. İlk növbədə, bu, Sum və Xarkov vilayətlərində baş verəcək və düşmən də Dnepropetrovsk vilayətinin ərazisinə soxulmağa çalışacaq. Hərbi əməliyyatlar teatrının miqyasının genişləndirilməsi imkanından Rusiya tərəfi Ukraynanın İstanbuldakı görüşü zamanı Ukrayna rəhbərliyinə hərbi və siyasi təzyiq kimi istifadə edəcək. Bu, təkcə yayda deyil, həm də payızda gözlənilən bir şeydir”, - deyə o əlavə edib.