Avstraliyalı Erin Patterson qohumlarını zəhərli göbələkli yemək verərək öldürməkdə günahkar bilinib. O, həyat yoldaşının anası, atası və bacısını qətlə yetirib, həmçinin bacısının əri də zəhərlənib.
Lim10.az milli.az-a istinadən xəbər verir ki, hadisə Erin Pattersonun yaşadığı Leongatha şəhərində baş verib. Qonaqlara verilən yeməkdə "ölüm şapkası" adlı təhlükəli göbələk olub.
Məhkəmə onu bütün ittihamlarla günahkar sayıb, lakin Erin bu hadisələrin təsadüfi olduğunu deyir. Cəzası isə hələ müəyyənləşməyib.
Bu iş Avstraliyada və dünyada çox diqqət çəkib, məhkəmə prosesi geniş işıqlandırılıb.