Avropada istilər səbəbindən 2300-dən çox insan həyatını itirib

Avropada baş vermiş güclü istilik dalğası nəticəsində 12 şəhərdə ümumilikdə təxminən 2300 nəfər həyatını itirib.

Lim10.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin alimləri tərəfindən aparılan ekspress-tədqiqatda bildirilir.

Tədqiqat iyulun 2-də başa çatan 10 günlük dövrü əhatə edir. Həmin müddətdə Qərbi Avropada anormal istilər müşahidə olunub, İspaniyada temperatur 40 °C-ni keçib, Fransada isə meşə yanğınları baş verib.

Alimlərin hesablamalarına görə, bu ölüm hallarından təxminən 1500-ü birbaşa iqlim dəyişikliyi ilə əlaqədardır. Bildirilir ki, qlobal istiləşmə havanı daha isti və təhlükəli edib.

Həmidə İbrahimova