Putindən Zalujnı haqqında növbəti feyil

Əsəbi halda kəkələyən Putin Zalujnı haqqında növbəti saxtakarlıq edib

Ruslar Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı haqqında dezinformasiya yaymaqda davam edir. Bu dəfə dezinformasiya mənbəyi Rusiya diktatoru Vladimir Putin olub. O, “hərbi komissarlarla” görüşdə Valeri Zalujnının Ukraynada olmadığını bildirib.

"Harada? Haradadır? Bilirəm... Mənə elə gəlir ki, bilirəm... Onun haqqında haradan soruşumaq lazımdı, bilirəm. Amma bunun üçün xarici dilə keçmək lazımdır. Düşünürəm ki, o, xaricdədir. Amma səhv də edə bilərəm”, - deyə Putin təbliğatçı Aleksandr Sladkovun (“İzvestiya”) sualına cavab verib.