Qvatemalada güclü zəlzələ: 2 ölü, 300-dən çox yaralı

Qvatemalanın cənubunda 5,6 bal gücündə zəlzələ baş verib.

Lim10.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Seysmik hadisənin episentrinin Amatitlan şəhəri yaxınlığında yerləşdiyi bildirilir. Zəlzələnin ocağı isə 10 km dərinlikdədir.

Bundan əlavə, iki nəfərin öldüyü, 324 nəfərin isə xəsarət aldığı bildirilir.

Həmidə İbrahimova