Terror aktları hazırlamaqda ittiham olunan erməni deputat həbs edildi

Ermənistan parlamentinin müxalif “Ermənistan” (Hayastan) fraksiyasından olan deputatı, prokurorluq tərəfindən konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda ittiham olunan Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib.

Lim10.az xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.

“Məhkəmə Sarkisyanın 2 ay müddətinə həbs edilməsinə qərar verib”, - o bildirib.

Xatırladaq ki, ötən gün ölkə parlamenti tərəfindən deputat toxunulmazlığından məhrum edilən deputat Artur Sarkisyan saxlanılması üçün könüllü olaraq İstintaq Komitəsinə gedib.