Tramp Putinlə bağlı bunu etiraf edir

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin təhlükəli olduğunu və təcrid siyasətinin əlverişli strateji yanaşma olmadığını etiraf etməyə başlayır.

Lim10.az  Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vol Strit Jurnalı”ın yazarı Peqqi Nunan öz məqaləsində qeyd edir.

O hesab edir ki, Trampın bəzi qlobal problemlərdən, o cümlədən Ukraynadakı müharibədən uzaqlaşmaq qərarı ona ancaq zərər verə bilər.

Nunan bildirib ki, Tramp müttəfiqləri təhdid və tənqid edərək problem axtarmağı və müttəfiqlərlə münasibətləri riskə atmağı dayandırmalıdır.