İnternetdə satılan arıqlama dərmanlarda təhlükəli maddə aşkarlandı

Onlayn satılan arıqlama dərmanların sağlamlığa təsiri ilə bağlı yeni bir araşdırma aparılıb.

Lim10.az  xəbər verir ki, araşdırmanı Türkiyənin Yeditepe Universiteti Əczaçılıq Fakültəsinin Əczaçılıq Toksikologiyası kafedrasının müdiri Prof.Dr.Ahmet Aydın və tələbələri aparıb.

Araşdırma nəticəsində 11 fərqli məhsuldan 3-də ölkədə qadağan edilən aktiv maddə "sibutramin" aşkarlanıb. Bu maddə ürək xəstəliyinə səbəb ola biləcəyinə görə bir çox ölkədə qadağan edilib.

Professor Dr. Ahmet Aydın deyib ki, bu məhsullara görə bir çox insan sağlamlığını itirib:

“Bizim araşdırdığımızz məhsulları seçmək meyarımız onların internetdən alınması idi. Çünki ən böyük potensial risk internetdən alınan məhsullardadır. Bu məhsulların etibarlılığı həmişə şübhə altındadır.
Biz məhsullarda sibutramin olub-olmadığını yoxladıq. Bu, arıqladan dərmanların tərkibində ən çox rast gəlinən qadağan olunan maddələrdən biridir. Bu məhsullar tamamilə bitki mənşəli və ya əlavəsiz olduğu üçün onlayn olaraq təbliğ olunur. Lakin təhlillər bu məhsulların bəzilərinin sibutramin ehtiva etdiyini ortaya çıxardı”.

Professor "sibutramin"in 2011-ci ildən Türkiyədə də qadağan edildiyini vurğulayıb:

“Bu maddə keçmişdə arıqlama həblərində geniş istifadə olunurdu. Lakin ürək xəstəliyi kimi ciddi sağlamlıq problemlərinə səbəb olduğu müəyyən olunduğu üçün əvvəlcə Avropada, sonra ABŞ və bir çox başqa ölkələrdə qadağan edildi. Buna baxmayaraq, lisenziyasız və ya qeyri-qanuni istehsalçılar gizli şəkildə bu cür maddələri məhsullarına əlavə edirlər. Üstəlik, bu məhsuolları tərkibində qadağan olunmuş maddə olduğunu  hüç bir yerdə qeyd etmədən tamamilə təbii və bitki mənşəli maddələr kimi satırlar.

Biz bu məhsulları laboratoriyalarımızda analiz etdiyimiz üçün qadağan olunmuş maddəni aşkar edə bildik. Ancaq vətəndaşların bu imkanı yoxdur. Onlar məhsulun "təbii" olduğunu düşünərək istifadə edirlər, lakin bu, hətta ölümlə nəticələnə biləcək ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər. Bu riski almağa dəyməz. Ona görə də insanlar bu cür məhsulları internetdən deyil, rəsmi satış kanallarından almalıdırlar. Apteklər ən etibarlı məlumat mənbəyidir.

İnsanlar bilməlidir ki, heç bir möcüzə formul insana on gün, hətta bir ay ərzində sağlam şəkildə arıqlamağa kömək edə bilməz. Əgər məhsul bu cür vədlərlə satılırsa, çox güman ki, onun tərkibində zərərli və qadağan olunmuş maddələr var. Buna görə də, əgər insan arıqlamaqda çətinlik çəkirsə, ilk növbədə həkimə müraciət etməlidir”.

Billurə