Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzrə yenə də razılıq əldə edə bilməyib.

Lim10.az APA-ya istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas xarici işlər şurasının iclasından sonra brifinqdə deyib.

Kallas qeyd edib ki, Slovakiya blokladığı üçün Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzrə yenə də razılıq əldə edə bilməyib.

“18-ci sanksiyalar paketi üzrə razılıq əldə etmək mümkün olmadı”, - o vurğulayıb.