Dünyada ən çox Şengen vizası müraciəti edən ölkələr açıqlandı

Dünyada Şengen vizası almaq üçün ən çox müraciət edən ölkələrin siyahısı açıqlanıb.

Lim10.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, SchengenVisaInfo portalının ötən ilin rəsmi statistikasına əsasən 2024-cü il ərzində Şengen vizası üçün ən çox müraciət edən ölkə Çin olub. Çin vətəndaşları ötən il ərzində 1 milyon 779 min 255 dəfə viza üçün müraciət ediblər. Siyahının ikinci pilləsində isə Türkiyə qərarlaşıb. Türkiyədən edilən viza müraciətləri 1 milyon 173 min 917 olub.

Hindistan isə 1 milyon 108 min 239 müraciətlə üçüncü sırada qərarlaşıb. İlk beşlikdə həmçinin Mərakeş və Rusiya da yer alıb. Mərakeşdən 606 min 800, Rusiyadan isə 606 min 594 viza müraciəti qeydə alınıb.

Siyahının davamında Əlcazair (544.634), Səudiyyə Ərəbistanı (505.455), Birləşmiş Krallıq (470.569), Tailand (265.243) və Birləşmiş Ərəb Əmirlikləri (260.229) kimi ölkələr yer alıb.