Ağ Evdə həyəcanlı anlar: jurnalistlər tələm-tələsik çıxarıldı

Ağ Evdə Pensilvaniya prospektində jurnalistlər üçün olan çəkiliş sahəsi Məxfi Xidmət tərəfindən bağlanıb.

Lim10.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ mətbuatının yazdığına görə, buna səbəb təhlükəsizlik tədbirləri olub.

Çəkiliş üçün ərazidə gözləyən jurnalistləri Məxfi Xidmət rəsmiləri Ağ Evdəki Ceyms S. Brady brifinq otağına yönəldiblər.

Ağ Evdən hadisə ilə bağlı rəsmi açıqlama verilməsə də, sosial şəbəkələrdə naməlum şəxsin əraziyə bilinməyən əşya atdığı iddia edilib.

Qısamüddətli təhlükəsizlik yoxlamalardan sonra ərazi yerli vaxtla saat 11:56-da mətbuat üçün açılıb.

Billurə Yunus