Qəzza ilə bağlı yaxşı xəbərlərimiz var - Tramp

“Qəzza ilə bağlı yaxşı xəbərlərimiz var”.

Lim10.az xarici KİV-ə istinadla xəbər verir k, bunu ABŞ Prezidenti Donald Tramp dünən Ağ Evdə keçirilən imza mərasimində deyib. 

O, mətbuata Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşdən əvvəl danışıb. 

Tramp Yaxın Şərq üzrə Xüsusi Nümayəndə Stiv Vitkoffa təşəkkür edib:

“Qəzza ilə bağlı və üzərində işlədiyimiz bir neçə çox yüksək səviyyəli məsələ ilə bağlı yaxşı xəbərimiz var”, - o deyib.

Məsələ ilə bağlı geniş açıqlama verməyən Tramp, imzalanma mərasimindən sonra Ağ Evdə Əl Tani ilə bağlı qapılar arxasında görüş keçirib.

Billurə Yunus