İranın Mülki Aviasiya Təşkilatı bütün ölkə üzrə hava limanlarının normal fəaliyyətini bərpa etdiyini və İranın hava məkanının beynəlxalq uçuşlar üçün yenidən sutkalıq rejimdə açıq olduğunu elan edib.
Lim10.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Mülki Aviasiya üzrə Koordinasiya Komitəsinin qərarına və mövcud şəraitdə uçuş təhlükəsizliyinin hərtərəfli qiymətləndirilməsinə əsasən, ölkənin bütün hava limanları adi rejimdə fəaliyyət göstərir və əhaliyə uçuş xidmətləri göstərməyə hazırdır.
Qəbul olunmuş qərarlara əsasən, Tehran şəhərində yerləşən Mehrabad Beynəlxalq Hava Limanı hər gün yerli vaxtla saat 16:00-dan 19:00-a qədər sərnişinlərə xidmət göstərəcək.
Bununla belə, təlim və istirahət məqsədli uçuşların həyata keçirilməsi əlavə bildirişədək dayandırılıb.
Həmidə İbrahimova