Ara Abramyan: Ermənilərin ağası Rusiyadır

“Rusiya çox hallarda öz milli maraqlarını hər şeydən üstün tutur – bu, normaldır, Ermənistanda da belə olmalıdır, lakin baş nazir Nikol Paşinyan Ermənistanın maraqlarını gözləmədən hərəkət edir. Ermənistanın maraqlarından biri də Rusiyayla bir yerdə olmaqdır”.

Lim10.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyadakı Ermənilərin İttifaqının rəhbəri Ara Abramyan bildirib.

"Ermənistanda və digər dövlətlərdə də eyni yanaşma olmalıdır. Amma Ermənistanın baş naziri Ermənistanın maraqlarına uyğun davranmır. Ermənistanın maraqlarına uyğun olan – Rusiyayla bir yerdə olmaqdır. Mən iyirmi səbəb saya bilərəm ki, niyə biz Rusiyayla bir yerdə olmalıyıq,” – deyə Abramyan bildirib.

O vurğulayıb ki, istər Rusiyada, istərsə də xaricdə yaşayan ermənilər Rusiyanı bir supergüc (əslində ağa-red.) kimi görürlər.