Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İraq, Oman, Qətər, Küveyt, Livan və Misir Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə dəstəklərini ifadə edərək birgə bəyanat yayıblar.
Lim10.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, adı çəkilən ölkələrin XİN başçılarının aralarında apardıqları danışıqlardan sonra yaydıqları birgə bəyanatda İsrailin Suriyaya qarşı təkrarlanan hücumları qəti şəkildə pislənib.
Bundan başqa, hücumların Suriya ərazisinin və xalqının birliyini, təhlükəsizliyini və sabitliyini sarsıtdığı vurğulanıb.
Nazirlər beynəlxalq ictimaiyyəti Suriya hökumətinə yenidənqurma prosesində dəstək verməyə çağırıblar.