Ruben Akopyan saxlanılıb

Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan saxlanılıb.

Lim10.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi onun dövlət çevrilişinə açıq çağırış ittihamı ilə saxlanıldığını açıqlayıb.

Keçmiş deputatın saxlanılmasına iyulun 1-də yayılmış müsahibəsi səbəb olub.

O, barəsində həbs qərarı verilməsi üçün məhkəməyə çıxarılacaq.

Qeyd edək ki, rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan və arxiyepiskop Mikael Ajapaxyan da oxşar ittihamlarla həbs olunublar.