Avqustun 1-dən ABŞ-nin 30%-lik tariflərin tətbiqi İtaliyanın ÜDM-nin 1,4% kumulyativ azalmasına səbəb ola bilər ki, bu da ölkənin cari ildə gözlənilən 0,6% və 2026-cı ildə isə 0,8% iqtisadi artımını faktiki olaraq sual altına qoyur.
Lim10.az xəbər verir ki, bu barədə İtaliyanın aparıcı biznes qəzeti “Il Sole 24 Ore” “EY Parthenon”un analitik bülleteninə istinadən yazıb.
Qeyd olunub ki, ABŞ tarifləri 2025-2026-cı illər arasında təxminən 30 milyard avro itkilərə səbəb ola bilər.
Ekspertlərin fikrincə, 20% tariflərlə iqtisadi zərər təxminən 20 milyard avro təşkil edəcək.