Bu dəfə onları təqlid etdilər... - VİDEO

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay”in konsertində “Astronomer” IT şirkətinin rəhbəri Endi Bayronun şikətinin HR rəhbəri Kristin Kabotla xəyanəti üzə çıxıb.

Lim10.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların münasibətlərinin üzə çıxdığı görüntülər qısa zamanda sosial şəbəkələrdə trend olub.

Belə ki, onlar yaxın planda göstərilərkən Bayron dərhal Kabotdan uzaqlaşaraq piştaxtanın arxasında gizlənməyə çalışıb, qadın isə əlləri ilə üzünü örtüb.

Bu kadrlar tənqid olduğu qədər təqlid də olunmağa başlayıb.

“America First Field” Stadionunda keçiriləcək oyun ərəfəsində izləyicilər yaxın planda göstərilib və onlar Bayronla Kabotun təqlidini ediblər.

Sözügedən görüntüləri təqdim edirik: