ABŞ-də təyyarə okeana çırpıldı - VİDEO

ABŞ-nin Şimali Karolina ştatında kiçik təyyarə okeana düşüb. Hadisə Oak Island çimərliyi yaxınlığında baş verib.

Lim10.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə şənbə axşamı saat 19:30 radələrində suya çırpılıb. Göyərtədə yalnız pilot olub. O, sahildə ilkin tibbi yardım alıb və vəziyyətinin sabit olduğu bildirilib.

Xilasedicilər hadisə zamanı yaxınlıqda olublar və dərhal müdaxilə edərək pilotu sudan çıxarıblar. Təyyarə sonradan okeandan çıxarılıb və sahilə aparılıb.

İnsidentin səbəbləri ABŞ Federal Aviasiya İdarəsi tərəfindən araşdırılır.