Fransa Prezidenti Emmanuel Makron NATO-nun Baş katibi Mark Rütte ilə danışıqlar aparıb.
Lim10.az xəbər verir ki, Makron bu barədə "X"də yazıb.
"Ukraynadakı vəziyyəti və "istəklilər koalisiyası" çərçivəsində görülən işlərin gedişatını müzakirə etmək üçün Mark Rütte ilə danışdım", – o qeyd edib.
Makron həmçinin Avropa ölkələrinin Rusiya–Ukrayna münaqişəsinin həlli çərçivəsində Ukraynaya dəstəyini davam etdirmək planlarından söz açıb:
"Yanvarın əvvəlindən etibarən Parisdə Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi üçün səylərimizi davam etdirəcəyik. Bu zəmanətlər möhkəm və uzunmüddətli sülhün əldə olunması üçün zəruri şərtdir.
Rusiya öz təcavüzünü davam etdirdiyi halda, Ukrayna da mübarizə aparır və dözümlülük göstərir. O, hazırda və gələcəkdə bizim sarsılmaz dəstəyimizə arxalana bilər", –paylaşımda qeyd olunub.




















