ABŞ Dövlət katibi Marko Rubio prezident Donald Trampın Ermənistan və Azərbaycan arasında keçirdiyi tarixi sammitin önəmindən bəhs edib.
Lim10.az xəbər verir ki, Rubionun bu barədə fikirləri Müstəqillik Günü münasibətilə Ermənistanı təbrik bəyanatında yer alıb.
O bildirib ki, Vaşinqton sammiti regional əməkdaşlıq baxımından önəmlidir. Rubio həmçinin TRIPP marşrutunun həyata keçirilməsi üçün Ermənistana ayrılan 145 milyon dollar yardımı xatırladaraq bunun iki ölkə arasında iş birliyinin əhəmiyyətini ehtiva etdiyini vurğulayıb.
ABŞ Dövlət katibi həmçinin Ermənistanın sülhə töhfə verməyə davam edəcəyi halda, ölkəsinin ona dəstəyini davam etdirəcəyini bildirib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət Birgə Bəyannamə imzalayıblar. Sənədin bəndlərindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") işə salınması ilə bağlıdır.
Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar.