Vəhdət Partiyası Anım Gününə həsr olunmuş "Yaşatmaq ən böyük qəhrəmanlıqdır” şüarı altında könüllü qanvermə aksiyası keçirib

27 Sentyabr – Anım Günü münasibətilə Vəhdət Partiyasının Mərkəzi Qərargahında  könüllü qanvermə aksiyası keçirilib.

"Yaşatmaq  ən böyük qəhrəmanlıqdır” şüarı altında təşkil olunan qanvermə aksiyası vətənpərvərlik, humanizm və dövlətçilik dəyərlərinə sadiqliyin nümunəsinə çevrilib.

Aksiyada Vəhdət Partiyasının Sədri Adəm İsmayıl Bakuvi və rəhbər şəxslər, Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri, gənclər və partiyanın sıravi üzvləri iştirak ediblər.

Möhtərəm Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin uca tutulması və insanpərvər dəyərlərin qorunması barədə çağırışlarına uyğun olaraq, Vəhdət Partiyası bu təşəbbüsü həyata keçirib.

Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkimi Şahgəldiyeva Tahirə xanım, tibb bacısı Nigar xanım Allahverdiyeva, laborant Səkinə xanım Vəliyeva və Sevda xanım Rəsulova tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.  

Vəhdət Partiyası Anım Gününə həsr olunmuş "Yaşatmaq  ən böyük qəhrəmanlıqdır” şüarı altında könüllü qanvermə aksiyasının yüksək səviyyədə təşkilinə görə, Səhiyyə Nazirliyi Respublika Qan Bankının rəhbərlyinə və həkim -hematoloq kollektivinə dərin minətdarlığını bildirilib.

İlk mərhələdə çox sayda partiya üzvləri könüllü olaraq qan verib. Aksiya 44 gün ərzində partiyanın bütün rayon təşkilatlarında davam etdiriləcək və ümumilikdə 500-ə yaxın üzvün qanbankasına donor kimi qoşulması planlaşdırılır.

Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Vəhdət Partiyası gələcəkdə də bu kimi xeyirxah aksiyaları davam etdirmək niyyətindədir və bütün vətəndaşları bu nəcib təşəbbüsə qoşulmağa çağırır.

Aksiyanın sonunda Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkimi kollektivi ilə  Vəhdət Partiyasının  Sədri Adəm İsmayıl Bakuvi və rəhbər şəxslər, Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri, gənclər və partiyanın sıravi üzvləri xatirə şəkili çəkdiriblər.

adem muellim hekimler adem muellim kollektiv qan aksiyasi Adem muellim adem muellim qan veriradem muellimqan aksiyasi001qan aksiyasi01qan aksiyasi002qan aksiyasi02qan aksiyasi04qan aksiyasi1aksiya qan1qan aksiyasi05qan aksiyasi08qan aksiyasi