Ərdoğan HƏMAS-ın Trampın sülh planını dəstəkləməsini alqışladı

Fələstinin HƏMAS hərəkatının ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planına müsbət cavab verməsi regionda sülhün əldə olunması istiqamətində mühüm addımdır. 
Lim10.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan İsraili hərbi əməliyyatları dərhal dayandırmağa və atəşkəs planına əməl etməyə çağırıb:
"HƏMAS-ın Qəzza zolağında atəşkəs planına cavabı davamlı sülhə doğru konstruktiv və əhəmiyyətli addımdır. İsrail dərhal bütün hücumları dayandırmalı və atəşkəs planına əməl etməlidir". 
Ərdoğan əlavə edib ki, Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etmək və davamlı sülhə nail olmaq üçün təxirə salınmadan bütün lazımi tədbirlər görülməlidir.

Mürtəza