Pezeşkiandan Rusiya və Çinə mesaj: Kimin kim bəlli aydın oldu

“Biz daxili gücümüzə və birliyimizə arxalanmağa çalışırıq. Ürəyimizi heç kimə bağlamamışıq. Müharibədən sonra daxili birliyimiz, milli gücümüz əvvəlkindən daha çox oldu, çünki insanlar bəzilərinin dediklərinin doğru olmadığını anladılar”.

Lim10.az xəbər verir ki, bunu  İran Prezidenti Məsud Pezeşkian “Fox News”a müsahibəsində 12 günlük müharibədə Rusiya və Çinin   müttəqif hesab etdikləri Tehrana dəstək verməməsi ilə bağlı sualı cavablandırarkən deyib. 

 Pezeşkian bildirib ki, demokratiyadan, insan haqlarından, insanlıqdan danışan, nəzarəti altında olan torpaqlarda uşaqları, qadınları asanlıqla öldürüb məhv edən o utopiyanın yalan olduğu indi xalqımıza tam aydın oldu.

“Bu birlik həm ölkə daxilində, həm də xalq arasında açıq şəkildə formalaşıb”, - o qeyd edib.
 İran prezidenti onu da əlavə edib ki, qonşu ölkələrlə əlaqələrimiz xeyli yaxşılaşıb: “Onlar elə bilirdilər ki, regionda təhlükəsizliyin yaranmasına səbəb İrandır, lakin biz bütün qonşularımızla dost və qardaş olduğumuzu, bütün ölkələrin ərazi bütövlüyünə hörmət etdiyimizi, beynəlxalq hüquq çərçivəsində başqa ölkələrin daxili işlərinə qarışmadığımızı bəyan etmişik. Biz dünya ilə sülh və əmin-amanlıq içində yaşamaq istəyirik”.

 Rusiya-Ulkrayna müharibəsinə gəldikdə Pezeşkian hesab edir ki, dialoq müharibədən yaxşıdır: “Demək olar ki, dialoq məsələləri beynəlxalq hüquq çərçivəsində həll etmək üçün ən yaxşı yoldur. Mübahisələr, münaqişələr o zaman başlayır ki, qanunlar pozulsun və hər kəs öz iradəsi ilə hərəkət edib, onları zorla qarşı tərəfə sırımaq istəyir. 

Müharibə o zaman baş verir ki, mən öz hüquqlarıma hörmət etmirəm və nə vaxt istəsəm, başqalarının hüquqlarına hücum edirəm. Ukrayna ilə Rusiya arasındakı müzakirə də məhz belədir. Məncə, onlar oturub beynəlxalq hüquq çərçivəsində bir-birlərinin hüquqlarını qorumalıdırlar”.

Mürtəza