Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir.
Lim10.az xəbər verir ki, iclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşü çərçivəsində baş tutur.
Xarici işlər naziri Ceyhun Bayramov deyib: "Zirvə görüşünün sonunda qəbul ediləcək Qəbələ Bəyannaməsi və digər sənədlər təşkilatımızın inkişafına müsbət təsir göstərəcək".
Nazir bildirib ki, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa edib və Ermənistanla aramızda təmaslar davam edir: “Bu çərçivədə Vaşinqtonda keçirilən Zirvə görüşü və imzalanan sənədlər tarixi əhəmiyyət daşıyır. Regional sülh və sabitlik xalqların sosial rifahına və tərəqqisinə xidmət etməlidir. Əməkdaşlığımızın daha dayanıqlı olması üçün iqtisadi əməkdaşlığımızı da gücləndirməliyik”.