Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İsraildə saxlanılan türkiyəli millət vəkillərinin dərhal azad edilməli olduğunu bildirib.
Lim10.az xəbər verir ki, Çelik Azadlıq Flotiliyası ilə Qəzzaya humanitar yardım aparan fəalların saxlanılmasına münasibət bildirərkən, bu hadisənin böyük haqsızlıq və hüquqdan kənar olduğunu deyib.
“İsrail millət vəkillərimizi və vətəndaşlarımızı dərhal azad etməlidir. Fəallar Qəzzə xalqının mesajını bütün dünyaya çatdırırlar”, – deyə Ömər Çelik vurğulayıb.
Qeyd edək ki, Azadlıq Flotiliyasının gecə saatlarında Aşdod limanına yaxınlaşması gözlənilir. 3-ü millət vəkili olmaqla filotiliyada 24 Türkiyə vətəndaşının olduğu bildirilir.
Gəmilərdə fərqli ölkələrdən ümumilikdə 144 nəfər saxlanılıb.(apa)