ABŞ Prezidenti Donald Tramp Merilend ştatındakı Uolter Rid Milli Hərbi Tibb Mərkəzində gündəlik illik müayinədən keçib.
Lim10.az xəbər verir ki, Trampın həkimi tibbi müayinədən keçməsi ilə bağlı məlumat yayıb.
Trampın həkimi Şon Barbarella yaydığı məlumatda Trampın sağlamlığının inanılmaz səviyyədə yaxşı olduğunu bildirib. O Trampın "güclü ürək-damar, ağciyər, nevroloji və fiziki hazırlıq nümayiş etdirərək müstəsna sağlamlığı qoruduğunu" bildirib.
Trampın həkimi 79 yaşlı ABŞ liderinin ürək yaşının indiki yaşından 14 yaş kiçik olduğunu və onun səhhətinin qeyri-adi səviyyədə sağlam olduğunu qeyd edib.
Trumpa müayinə zamanı illik qrip peyvəndi və COVID-19 gücləndirici peyvəndləri də vurulub.
Tramp bu həftə İsrail və Fələstinin HƏMAS yaraqlı qruplaşması arasında atəşkəsin əldə olunmasına köməklik göstərdikdən sonra bazar günü Yaxın Şərqə getməyi planlaşdırır.
Mürtəza
Trampın şok edən sağlıq durumu - Həkimlər belə inanmadı
