Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin gücləndirilməsi imkanlarını müzakirə edib.
Lim10.az -ın məlumatına görə, bu barədə V.Zelenski sosial şəbəkələrdə yazıb.
Ukrayna Prezidentinin sözlərinə görə, Tramplа söhbət məhsuldar keçib.
"Biz HHM sistemini gücləndirmək imkanlarını və bu barədə hazırladığımız razılaşmaları müzakirə etdik. Bizi gücləndirmək üçün yaxşı variantlar var", - o bildirib.
V.Zelenski Rusiya ilə danışıqların başlanmasının zəruriliyi barədə bəyanat verib. Lakin onun fikrincə, Moskvanı danışıqlar masasına əyləşməyə məcbur etmək üçün güc tətbiq etmək lazımdır: "Güc sayəsində bunu təmin etmək olar".
O, ABŞ Prezidentinə təşəkkür edib.(Report)