"Haber Global" İlham Əliyevin Qazaxıstana dövlət səfəri ilə bağlı material hazırlayıb

Türkiyənin "Haber Global" telekanalı Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ilə bağlı videomaterial hazırlayıb.

Lim10.az -ın məlumatına görə, süjetdə Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərə diqqət çəkilib.

Videomaterialda dövlət başçılarından sitatlar gətirilərək ölkələrarası münasibətlərin inkişaf perspektivlərindən bəhs olunub.

Kasım-Jomart Tokayevin Azərbaycan Prezidentinin güclü liderlik xüsusiyyətlərindən danışması xüsusilə vurğulanıb.

Süjetdə həmçinin dövlət başçılarının görüş zamanı 8 avqust Vaşinqton razılaşmasını da müzakirə etmələrinə toxunulub.

"Azərbaycan lideri Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər açıla biləcəyini ifadə edib", - videomaterialda qeyd olunub.

Süjetdə İlham Əliyev ilə Kasım-Jomart Tokayevin "Orta dəhlizin inkişafı" (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatında iştirak etmələri də vurğulanıb.