Nazir müavini: İstəyirik ki, müəllimlərin əməkhaqqı artsın

"Biz də istəyirik ki, müəllimlərin əməkhaqqı artsın. Sertifikatlaşdırma prosesi yekunlaşdıqdan sonra müəllimlərin əməkhaqqında ciddi artım mövcuddur. Əməkhaqqı artımı ümumtəhsil sistemində dərs saatlarına bağlıdır. Kimin dərs saatı çoxdursa, onun əməkhaqqı daha çoxdur".

Lim10.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

"Dərs saatlarının bölgüsünə diqqət yetirsək, 24 saat dərs saatı olan müəllimlərin sayı 30,6 faizdir, 29,4 faizinin dərs saatı 24 saatdan çoxdur. Onların əməkhaqqı 1300-1500 manat arasında dəyişir. Müəllimlərin orta aylıq əməkhaqqı 1000 manata yaxındır. Sertifikatlaşdırma prosesi yekunlaşdıqdan sonra əməkhaqqında artımlar olacaq. Növbəti mərhələdə müəllimlərin əməkhaqqının artırılmasının digər həll yollarını düşünürük. Bu barədə təkliflərimizi təqdim edəcəyik", - nazir müavini bildirib.

Mürtəza