ABŞ-nin sanksiyaları Rusiyanın iki iri neft şirkəti – "Rosneft" və "Lukoil" – üçün ciddi itkilər gətirib. Moskva birjasında bu səhmlər iki gün ərzində “mavi çip”lər arasında ən çox ucuzlaşanlar olub.
Lim10.az "The Moscow Times"a istinadən xəbər verir ki, "Rosneft"in bazar dəyəri 127 milyard rubl (1,56 milyard dollar) azalıb, "Lukoil" isə 297 milyard rubl (3,66 milyard dollar) itirib. Şirkətin əsas səhmdarı, Rusiyanın ən varlı adamı Vahid Ələkbərov, 28% səhmlik paketi nəticəsində təxminən 1 milyard dollar itirib.
Analitiklər bildirir ki, sanksiyalar xarici tərəfdaşların sayını azalda, ixrac tədarükünü məhdudlaşdıra və ticarət əməliyyatlarını çətinləşdirə bilər. ABŞ-nin qərarı həmçinin "Lukoil"in Dubaydakı bölməsinə və "Rosneft"in Hindistana ixracına təsir göstərə bilər.
İqtisadçılar qeyd edir ki, vəziyyət neft qiymətlərinin artması və ya rublun zəifləməsi ilə qismən yumşalda bilər.



















