Türkiyənin media resursları və ictimai yerlərində Azərbaycan məhsullarına dair reklam xarakterli materiallar paylaşılacaq.
Lim10.az -ın məlumatına görə, bununla bağlı Azərbaycan və Türkiyə tərəfləri müqavilə bağlayıb.
Bundan əlavə, “Made in Azerbaijan” rəfləri müvafiq mağaza şəbəkələrində yerləşdiriləcək.
İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi "RAA Medya Anonim" şirkəti ilə razılaşma əldə edib. Layihənin dəyəri 49 min manatdan bir qədər çoxdur.



















