Rusiyanın hücumu: Alman nazir sığınacağa girdi

Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Rusiyanın Kiyevə hücumu zamanı sığınacağa enməyə məcbur qalıb.

Lim10.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Bu mənim üçün ağrılı təcrübə idi. Rusiyanın Ukrayna əhalisinə hücumları onları tükəndirmək məqsədi daşıyır”, - Rayxe bildirib.

Nazir Ukraynaya zədələnmiş enerji infrastrukturunun bərpasında kömək edəcəyinə söz verib və Almaniyanın Ukrayna xalqını tərk etməyəcəyini söyləyib.

Qeyd edək ki, Rayxe cümə günündən etibarən Kiyevdə səfərdədir.