Britaniya və Türkiyə saziş imzaladı: Ankara 20 qırıcı təyyarə alacaq

Böyük Britaniyanın Baş naziri Kir Starmerin Türkiyəyə səfəri zamanı tərəflər "Eurofighter Typhoon" qırıcı təyyarələrinin satışı üçün 8 milyard funt sterlinq (10,7 milyon dollar) dəyərində müqavilə imzalayıblar.

Lim10.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin Mətbuat Xidməti məlumat verib.

Məlumata görə, müqavilə Böyük Britaniyanın Türkiyəyə 20 ədəd qırıcı təyyarə satmasını nəzərdə tutur.

TRT-nin məlumatına görə, Türkiyənin müdafiə naziri Yaşar Gülər ölkəsinin Qətər və Omanın hər birindən daha 12 ədəd olmaqla, daha 24 analoji təyyarə almağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, "Typhoon" qırıcı təyyarələri, həmçinin "Eurofighters" kimi də tanınır. O, Böyük Britaniya, Almaniya, İspaniya və İtaliya arasında tərəfdaşlığın bir hissəsi olaraq istehsal olunur.

Ankara "Eurofighters" və digər qabaqcıl təyyarələrin alınmasını 2028-ci ildə özünün beşinci nəsil qırıcı KAAN təyyarəsinin istismarına başlayana qədər müvəqqəti bir addım kimi görür.