Ərdoğan güclü zəlzələ ilə bağlı prosesi nəzarətə götürdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətindəki güclü zəlzələ ilə bağlı prosesi nəzarətə götürüb.

Lim10.az xəbər verir ki, Türkiyə lideri bu barədə "X" hesabında paylaşım edib.

"Başda AFAD olmaqla, aidiyyəti qurumlarımız sahədə araşdırma və nəzarət işlərini böyük diqqətlə davam etdirirlər. Biz də prosesi yaxından izləyirik", - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində bir neçə binada dağıntı qeydə alınıb.