Milyarderlər 14 dollarlıq masada şam etdilər

"Nvidia"nın baş direktoru Censen Huan, "Samsung Electronics"in Direktorlar Şurasının sədri Li Çje Yon və "Hyundai Motor Group"un icraçı sədri Çon Iyson Cənubi Koreyanın paytaxtı Seul şəhərindəki restoranlardan birində görüşüblər.

Lim10.az xəbər verir ki, şirkət rəhbərlərinin qeyri-rəsmi axşam şeməyi hamının diqqətini çəkib.

Onlar dünyanın ən varlı şəxslərindən olsalar da, masadakı təamların ucuzluğu diqqətdən yayınmayıb: qızardılmış toyuq və pivə.

Bildirilir ki, milyarderlərin süfrəsində əsas yeməklər kimi sümüksüz xırtıldayan toyuq və sarımsaq-soya qlazuri sousunda toyuq olub və hər ikisinin qiyməti 14 ABŞ dolları təşkil edib.

Hesabı kimin ödəyəcəyi maraq doğurub. Məlum olub ki, Li Çje Yon əvvəlcədən hesabı ödəyib. O, həmin vaxt restoranda şam edən digər müştərilərin də hesabını ödəyib. Yerdə qalan məbləği isə Çon İyson ödəyib.(oxu.az)